Mətn ölçüsü:
  • 100%

Elton Con xəstəxanaya yerləşdirildi

Müğənni Elton Con Cənubi Amerikaya qastrol səfərindən sonra xəstəxanaya yerləşdirilib.

"Ölkə.Az" xəbər verir ki, britaniyalı musiqiçi virus infeksiyası səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəliyin dəqiq adı barədə məlumat verilmir.

Bilinən odur ki, Elton Con Cənubi Amerika səfəri zamanı yoluxduğu nadir virus infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, musiqiçi iki gün reanimasiyada qaldıqdan sonra həkim nəzarəti altında palataya köçürülüb. Hazırda Eltonun vəziyyəti yaxşıdır. Müğənni xəstəliyi səbəbindən ABŞ-da planlaşdırılan bir sıra konsert proqramını təxirə salıb.

Qeyd edək ki, mart ayının 25-i Elton Con 70 yaşını qeyd etmişdi.

Hikmət
Ölkə.Az