Mətn ölçüsü:
  • 100%

Bu gün dollar neçəyə satılır?

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 25-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 24-ü müqayisədə dəyişməyərək 1,7022 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8284 manatdan 1,8492 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0304 manatdan 0,0305 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4718 manatdan 0,4764 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1791 manatdan 2,1763 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7056 manatdan 0,7028 manatadək azalıb.