İnsanlara hürriyət, millətlərə istiqlal!

”Türk dünyasının sevinci sevincimiz, kədəri kədərimiz olmalıdır”

704 28.07.2015 16:45 Siyasət A A

Bayburtda Beynəlxaql Dədə Qorqud Festivalında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva  Türk dünyası yazar, şair və araşdırmacılarına üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.

Q.Paşayeva  aydınlara, KİV-lərəsəslənərək  topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox  anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq.  

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü  Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən  olan Qarabağ problemindən, Ermənistanın  Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından,  Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. 

Bir  türk  xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq. Bu məsələdə  aydınların və KİV-lərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. 

O, Bayburtun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən danışıb. “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin dəstəyi ilə Azərbaycanda yaxın zamanlarda “Bayburt Gecəsi”nin keçiriləcəyini deyən millət vəkili Qənirə Paşayeva bu kimi tədbir və layihələrin türk dünyasının hər bir yerində artmasının vacibliyini də vurğulayıb. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda valiyə və tədbir  təşkilatçılarına, iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR