Qənirə Paşayeva AŞPA-da Kəlbəcər girovlarının məsələsini qaldırdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva AŞPA-da Kəlbəcər girovlarının məsələsini qaldırdı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dini, tarixi, mədəni abidələri dağıtmasına sərt münasibətə çağırdı.

Avropa Şurası Parlament Assambleyasının iclasında rasizm, dözümsüzlüyün artması ilə bağlı məsələnin müzakirəsində çıxış edən millət vəkili Qənirə Paşayeva deyib.”Dünyada və Avropa məkanında rasizmin, nifrətin, tolerentsızlığın artması bizi ciddi narahat etməlidir və təşkilata üzv ölkələr bu problemi görməzdən gəlməməli və onun qarşısını almaq üçün harada baş verməsindən asılı olamayaraq ciddi addımlar atılmalıdır. Böyüyən gənc nəsillər etnik kökənindən, dini kimliyindən, cinsi və social statusundan asılı olamayaraq, hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə, dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirib çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılmasının nəticəsində Ermənistanda etnik təmizləmə siyasəti aparıldı və 1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlıları zorla öz evlərindən çıxararaq qovdular.

Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdilər. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmilər. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmir. Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycanla bağlı dezinformasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamızı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb amma Ermənistanda Azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbirstanalıqlar belə dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlaırnda da azərbaycanlılara məxsus bütün dini,tarixi,mədəni abidələri,qəbirstanlıqları dağıdırlar və bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar, Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı əziyyət və işgəncələr verilməkdə davam edilir və onlar hələ də girovluqda saxlanılılır və AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır. Düşünə bilirsinizmi, 20 ilddən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir,əziyyətlər verilir.

Mən məruzəçinin bütün məruzəsini dəstəkləməklə yanaşı məruzədə son zamanlar narahatlıq doğuran bir məsələnin də öz əksini tapmasını istəyərdim. Məruzənin 7.3 maddəsinə radikalizmin bir növü olan İslamafobiyanın da rasizm, nifrət, anti-semitizm sözündən sonra əlavə edilməsi vacibdir. Ümid edirəm ki, məruzədə öz əksini tapan məsələlər həyata keçəcək və harada baş verməsindən asılı olmayaraq rasim, ksenofobiyaya qarşı ciddi mübarizə aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm