Mətn ölçüsü:
  • 100%

Onlar ayaqlarını aprel döyüşlərində itirib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ordumuzun yaralanmış bir qrup əsgər və zabiti ilə aprelin 3-də keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən, layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbiçilərdə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb.

Ölkə.Az xəbər verir ki, bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. İşçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən həyata keçirilən layihənin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasıdır.