Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AŞPA-da girov azərbaycanlıların məsələsi qaldırıldı

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar haqqında danışıb.

Simsar.az-ın məlumatına görə, Assambleyanın payız plenar sessiyasının ikinci iş günündə rasizm, dözümsüzlüyün artması ilə bağlı məsələ ətrafında çıxışı edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Q.Paşayeva Ermənistan tərəfindən girov götürülən azərbaycanlılara - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçirildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, dünyada və Avropa məkanında rasizmin, nifrətin, tolerantsızlığın artması bizi ciddi narahat etməli, təşkilata üzv ölkələr bu problemi görməzdən gəlməməli və bütün bunların qarşısını almaq üçün harada baş verməsindən asılı olmayaraq, ciddi addımlar atılmalıdır: "Böyüyən gənc nəsillər etnik mənsubiyyətindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq, hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə - dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirib çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm".

Millət vəkili əlavə edib ki, Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində Ermənistanda etnik təmizləmə siyasəti aparıldı və 1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlıları zorla öz evlərindən çıxararaq qovdular: "Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdi. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Ermənistan AŞ PA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək Azərbaycan torpaqlarını işğaldan azad etmir. Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa, Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycanla bağlı dezinformasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamızı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb və bizim əlimizdə sizə göstərmək üçün kifayət qədər foto və video materiallar var".

Q.Paşayeva bildirib ki, Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər: "Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova əziyyət və işgəncələr verilməkdə davam edir və onlar hələ də girov saxlanılır. AŞ PA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır. Düşünə bilirsinizmi, 20 ilddən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir".






30 Sentyabr, 2014  16:21 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner