Mətn ölçüsü:
  • 100%

ABŞ-ın müdafiə naziri Əfqanıstana niyə gedib?

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Əfqanıstana səfər edib. Ceyms Mattis Əfqanıstanda amerikalı hərbçilər və ölkənin rəsmi nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Taliban terrorçularının hücumundan sonra Əfqanıstanın müdafiə naziri və ordu baş qərargah rəisi bu gün istefa verib. Azərbaycanlı siyasətçilər də, məhz bu səbəbdən Amerika nümayəndəsinin tələsik Əfqanıstana getdiyini deyirlər.

Politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib ki, Əfqanıstan ABŞ üçün strateji əhəmiyyətli ərazidir. Onun sözlərinə görə, bu səbəbdən də, Amerika həmin əraziyə nəzarəti itirmək istəmir

“Son vaxtlar ABŞ-ın yeni texnologiya ilə hazırlanmış bombasını təlim adı ilə Əfqanıstanın ərazisində sınaqdan keçirirdi. Keçirdiyi sınaqdan sonra da Əfqanıstan ordusunda müəyyən problemlər yarana bilərdi ki, məhz niyə sınaq burada keçirilir. Adını qeyri-nüvə silahı qoysalar da, bu tək Taliban terrorçularına qarşı deyil, həm də ətrafdakı dinc əhaliyə ziyan gətirə bilərdi. Buna görə də, ABŞ-ın müdafiə naziri Ceyms Mattis Əfqanıstana təcili gedib ki, oranın müdafiə nazirliyini itirməsinlər. Əfqanıstanda problem elədir ki, oradan kim çıxsa ikinci dövlət onun yerini tutacaq. Amerika da bunu heç vaxt istəməz. Çünki yaxınlıqda Şin və Rusiya var. Ona görə də, ABŞ naziri ora təcili səfər edib”, - deyə Arzu Nağıyev bildirib.

Ziya Səccad
Ölkə.Az