Mətn ölçüsü:
  • 100%

Putin: “Bundan sonra balıq tutmaq üçün ora gedərik”

Rusiya prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının iclasında iştirak edib.

“Ölkə.Az” xəbər verir ki, Putin iclasda iştirak edənlərlə söhbət zamanı Xəzər dənizi rayonunda Volqa çayının vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə maraqlanan prezident, sonradan həmin ərazidə balıqçılığın necə inkişaf etdiyini soruşub. İclasda çıxış edən məruzəçilərdən biri Baykal gölü və Volqa çayının vəziyyətindən danışıb. Putin Volqa çayının ərazisinin təmizliyi və görülən işlərlə bağlı suallar verib.

“Volqanın deltasını təmizləmisiz?”, - deyə Putin soruşub.

Görülən işlərlə bağlı ətraflı məlumatlar alan ölkə rəhbəri, ərazidən çəkilmiş son görüntülərə baxıb. Ümumiyyətlə görülən işlərdən razı qalan Putin iclas iştirakçılarına zarafat etməyi də unutmayıb:

“Görünür Volqa çayı artıq təmizdir. İndi orada yaxşı balıqlar olar. Bundan sonra balıq tutmağa Volqa çayına gedərik”.

Ziya Səccad
Ölkə.Az