Qənirə Paşayeva Şanlıurfa valisi ilə görüşdü

qenire-pasayeva-sanliurfa-valisi-ile-gorusdu
Oxunma sayı: 1172

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Şanlıurfaya səfəri zamanı bölgə valisi İzettin Küçükle görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili vali ilə söhbət zamanı Dağlıq Qarabağ problemindən və münaqişə ilə bağlı son vəziyyət barədə geniş danışıb: “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik”.

Qənirə Paşayeva Şanlıurfa valisi İzettin Küçüke həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib. Şanlıurfa valisi İzettin Küçük öz növbəsində görüşdən məmnunluğunu bildirib: “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”.